Peyvəndlər

Peyvəndlər: miflər və həqiqətlər

Qısa cavab

Peyvəndlər uşaqları yoluxucu xəstəliklərdən və onların ağırlaşmalarından qoruyan ən təsirli profilaktik vasitələrdəndir. Eyni gündə bir neçə peyvəndin vurulması təhlükəsizdir, MMR peyvəndi autizmə səbəb olmur. Peyvənddən sonra 1–2 gün yüngül qızdırma, vurulan yerdə qızartı və şişkinlik gözlənilən reaksiyadır.

Mövzu üzrə video ·

Peyvəndlə bağlı mif və gerçəklər

“Eyni gündə bir neçə peyvənd immun sistemini həddindən artıq yükləyir.” Doğrudurmu?

Mifdir. Uşaqlar bir neçə peyvəndi eyni gündə ala bilərlər, peyvənd təqvimi də buna uyğun qurulub. Uşağın gün ərzində ətraf mühitdə qarşılaşdığı antigen yükü peyvəndlə verilən antigen yükündən qat-qat çoxdur. Eyni gündə vurulan peyvəndlər uşağın vaxtında və daha az həkim ziyarəti ilə qorunmasına da imkan verir.

“Peyvənd olunan uşaq həmin xəstəliyə heç vaxt yoluxmayacaq.” Doğrudurmu?

Tam doğru deyil. Heç bir peyvənd yüz faiz qoruma vermir. Peyvəndin məqsədi yoluxma riskini azaltmaq, uşağı xəstəliyin ağır formalarından və ağırlaşmalarından qorumaqdır. Peyvənd olunmuş uşaq xəstələnsə belə, xəstəlik adətən daha yüngül keçir.

Peyvəndləmə zamanı uşaqları sadəcə xəstəlikdən qorumuruq. Xəstəliklərin verdiyi ağırlaşmalardan, risklərdən, hətta ölümdən qoruyuruq.

Gülnar Nəcəfova

“MMR peyvəndi autizmə səbəb olur.” Doğrudurmu?

Mifdir. Bu iddia çoxsaylı geniş tədqiqatlarla təkzib olunub. Ümumdünya Səhiyyə Təşkilatının Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsi 2025-ci ilin dekabrında 2010–2025-ci illərdə dərc olunmuş tədqiqatları yenidən qiymətləndirib. Komitə peyvəndlərlə autizm arasında səbəb-nəticə əlaqəsi olmadığını bir daha təsdiqləyib.

“Peyvənddən sonra qızdırma peyvəndin təhlükəli olduğunu göstərir.” Doğrudurmu?

Mifdir. Peyvənddən sonra vurulan yerdə qızartı, şişkinlik və ağrı, bəzən 1–2 gün davam edən qızdırma ola bilər. Bu, gözlənilən və keçici reaksiyadır, qorxulu hal deyil.

Həkimə müraciət edin, əgər:

  • qızdırma 2 gündən çox davam edirsə və ya çox yüksəkdirsə;
  • körpə 3 saatdan çox sakitləşmədən ağlayırsa;
  • uşaq qıcolma keçiribsə.

Üzdə və dodaqlarda şişkinlik, nəfəs darlığı, halsızlaşma kimi ağır allergik reaksiya çox nadir hallarda olur və adətən peyvənddən qısa müddət sonra başlayır. Belə vəziyyətdə dərhal 103 nömrəsinə zəng edin.

“Peyvənd olunmamış uşaqda peyvəndlə qarşısı alınan xəstəliklərə yoluxma riski artır.” Doğrudurmu?

Həqiqətdir. Peyvəndin məqsədi uşağı xəstəlikdən qorumaqdır. Peyvənd olunmamış uşaqlar arasında qızılca kimi xəstəliklərin yenidən yayılması bu riskin real olduğunu göstərir.

Uşağınızın peyvənd təqvimi ilə bağlı sualınız varsa, peyvənd kartını götürüb pediatra müraciət edin.

Bu yazı maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.

Mövzu, xəstəlik və ya sual yazın. Məsələn:

    Qəbula yazılın

    Formanı doldurun və ya zəng edin.

    Məsələn: 8 aylıq, 3 yaş

    Müraciət WhatsApp vasitəsilə Sağlam Ailə Tibb Mərkəzinin xəttinə göndərilir.

    Formada ətraflı tibbi məlumat, analiz nəticələri və ya şəkil göndərməyin, bunları qəbul zamanı həkimlə bölüşün. Təcili hallarda forma əvəzinə 103 nömrəsinə zəng edin.

    Uzman Pediatr

    Gülnar Nəcəfova

    Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis